Rusiya "Qarabağ Azərbaycandır" deyir - SÜLHMƏRAMLILARIN GEDƏCƏYİ VAXT...

18:58 14.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukrayna məsələsinə normal diqqət yetirmək istədiyini və heç bir şeyin ona qarışmamalı olduğunu gizlətmir. Qərbin Cənubi Qafqazda sülh prosesinə qarışmaq və onu pozmaq cəhdləri isə sadəcə olaraq əngəldir.

Hafta.az bildirir ki, bu fikirlər rusiyalı politoloq Aleksandr Razuvayevə məxsusdur:

"Rusiyanın mövqeyi bəllidir - QarabağıAzərbaycandır. Bunu nəzərə alaraq, Azərbaycanla Ermənistan arasında sərhəd də delimitasiya olunarsa, Rusiya sülhməramlılarının daha Qarabağda qalmasına ehtiyac qalmayacaq.

Eyni zamanda, Rusiyanın iştirakı olmadan sülh müqaviləsinin imzalana biləcəyini düşünmürəm.

Təəssüflər olsun ki, mən düşünmürəm ki, prinsipcə, yaxın gələcəkdə nəsə imzalanacaq, çünki Ermənistan mümkün qədər prosesi uzatacaq.

Fransa isə Ermənistanın tərəfində olduğunu çoxdan gizlətmir. Ona görə də heç bir halda onun vasitəçiliyini obyektiv hesab etmək prinsipcə mümkün deyil.

Qərb Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsində maraqlı deyil. Mənfi ssenari baş verərsə, onlar yalnız münaqişəni qızışdırmağa çalışacaqlar. Rusiya ilə sərhəddə münaqişənin partlayıcı regionda qızışdırılması isə Qərbin maraqlarına uyğundur.

Ona görə də Moskva üçün Azərbaycanla Ermənistan arasında problem nə qədər tez həll edilsə, bir o qədər yaxşıdır. Revanş şansı yoxdur. Ermənistan üçün ticarət yolları nə qədər tez açılsa, onun üçün bir o qədər yaxşıdır. Ona görə də Rusiya İrəvana təzyiq etsə və sülh məsələsi həll olunsa, düzgün olardı. Onda Qərb sadəcə burnunu ona soxa bilməzdi.

Və Putin Moskvanın vasitəçiliyi ilə sülhə doğru daha fəal hərəkət etmək üçün Azərbaycan və Ermənistan liderləri ilə potensial üçtərəfli görüşdə İrəvana təzyiq göstərməyə cəhd edə bilər".

Siyasət rubrikasından digər xəbərlər