Rusiya sadəcə vəziyyəti nəzarətdə saxlamaq istəyir - Politoloq

19:33 28.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Soçi görüşü ərəfəsində Putinin Valdayda verdiyi açıqlamalar demək olar ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini tormuzlayır və sülh müqaviləsində Qarabağda qalan ermənilərə status tələb edir.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Soçi görüşü və Rusiya prezidentinin Valdayda verdiyi açıqlamalara diqqət çəkərkən bildirib.

M.Əsədullazadə bildirib ki, əgər Soçidə hər hansı razılaşmalar olsa belə, Putin bunu da həyata keçirməyəcək. 

“Rusiya 2 il ərzində bu məsələdə manipulyasiya edib və bundan sonra da sülhün əldə olunması üçün heç nə etməyəcək. Valday klubunda Rusiya prezidentinin sərgilədiyi mövqe bundan ibarətdir ki, Rusiya Qərbin vasitəçiliyi ilə sülh müaviləsinə razılaşmır və hesab edir ki, yalnız Rusiyanın vasitəçiliyi ilə bu müqavilə bağlanmalıdır. Putin, həmçinin Ermənistana Qarabağdan əl çəkməməklə bağlı mesaj verir. Düşünürəm ki, Rusiyanın vasitəçiliyi Azərbaycanın əleyhinədi  və sülh əldə olunmayacaq. Bundan sonra da Rusiyanın Soçi, 10 noyabr birgə bəyannaməsi, 11 yanvar bəyannaməsini Ermənistandan tələb edəcəyini gözləmirəm. Rusiya buna da getməyəcək, Ermənistan Azərbaycan münaqişənin davam etməsində maraqlı olacaq”.

Rusiya Soçi görüşündə də öz ambisiyaları, geostrateji maraqlarına uyğun variantlar irəli sürəcək. Bu da Azərbaycanın əleyhinədir. 

“Azərbaycan Rusiyanı maraqlandırmır, sadəcə vəziyyəti nəzarətdə saxlamaq, Ermənistanı dəstəkləmək niyyətindədir.

Siyasət rubrikasından digər xəbərlər