Yazını böyüt
Yazını kiçilt
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, hazırda Vaşinqton Moskvanın Ukraynadakı vəziyyətlə bağlı diplomatiyaya hazır olduğuna dair heç bir əlamət görmür. Hafta.az ABŞ mətbuatına istinadla bildirir.
“Bir gün, Ukrayna prezidenti Zelenskinin də dediyi kimi, bu, diplomatiya ilə bitəcək. Lakin hazırda biz Putinin diplomatiya ilə məşğul olmasında heç bir maraq görmürük”, - deyə rəsmi bildirib.
O, həmçinin əlavə edib ki, hələlik ABŞ Ukrayna münaqişəsi ilə bağlı strateji qüvvələrin hazırlığını dəyişmək üçün heç bir səbəb görmür.