Rusiya XİN Aİ-nin müşahidə missiyası barədə - "TƏZYİQDİR"

19:02 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin mülki missiyasının göndərilməsi ideyası Rusiyada Avropa İttifaqının nizamlanma prosesinə hər hansı formada müdaxilə etmək, Moskvanın vasitəçilik səylərinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir.

Hafta.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Əlbəttə, münasibətlərini qurmaq suveren dövlətlərin işidir", - Zaxarova qeyd edib və Aİ-nin vasitəçilik baxımından real imkanlarını şübhə altına alıb.

Zaxarovanın sözlərinə görə, Aİ nümayəndələri Ukrayna ətrafında vəziyyətin qaynar fazaya keçməsinin qarşısını ala bilməyiblər. O hesab edir ki, Aİ missiyalarının işi hələ heç bir yerdə real nizamlanmaya gətirib çıxarmayıb.

“Biz ondan çıxış edirik ki, İrəvanla Bakının barışmasının, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir”. Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu məsələ ilə bağlı erməni və azərbaycanlı həmkarları ilə müntəzəm əlaqə saxlayır.