Yazını böyüt
Yazını kiçilt
Rusiya hakimiyyəti bütün bazar iştirakçıları üçün benzin ixracına qoyulmuş hazırkı qadağanın müddətini uzadıb.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb. Bildirilib ki, bu barədə qərar baş nazirin müavini Aleksandr Novakın sədrliyi ilə daxili neft məhsulları bazarındakı vəziyyətlə bağlı qərargahın iclasında açıqlanıb.
İclasda Novak Energetika Nazirliyinə yanacağın tədarükü və pərakəndə satış qiymətlərinin tarazlığının təmin edilməsi məqsədilə ölkədə neft bazarına nəzarət etməyi tapşırıb.