Rusiyada 48 azərbaycanlı saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT

12:07 07.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya polisi və xüsusi təyinatlıları Moskva yaxınlığındakı Mıtişidə yerləşən “Qranada” restoranında keçirilən oğruların toplantısını basıb. Bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Kriminal avtoritetlər narkotik və silah satışı ilə bağlı kriminal biznesdə aktual məsələləri müzakirə etmək üçün 1-ci Proletarskaya küçəsində yerləşən müəssisəyə toplaşıblar. Hadisə şahidləri görüş yerində video çəkiblər.

Görüntülərdə park edilmiş xidməti maşınlar görünür.

SHOT Telegram kanalı aydınlaşdırıb ki, polisi tapança və pulemyotlarla qafqazlıların çoxluğuna diqqət çəkən sayıq vətəndaşlar çağırıb.

İştirakçılar təhlükəsizlik qüvvələri gələn zaman gizlənməyə çalışsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları 52 nəfəri saxlamağa müvəffəq olub, onlardan iki odlu silah və içərisində naməlum toz olan çanta götürüblər.

Saxlanılanların 48-i Azərbaycan, ikisi Dağıstan, biri isə Ermənistan və Tacikistandandır. Onlar cinayətlərdə əli olub-olmadığını və Rusiyada qalmalarının qanuniliyini yoxlamaq üçün şöbəyə aparılıblar.

Oxunma sayı 752