Rusiyada məktəbə hücum olundu - 13 NƏFƏR ÖLDÜ, 20 YARALI VAR

13:45 26.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın mərkəzi vilayətlərindən olan İjevskdə fəaliyyət göstərən 88 saylı orta məktəbə silahlı hücum olub.

Hafta.az-ın yazdığına görə, kimliyi bilinməyən şəxslərin hücumu nəticəsində ən azı 7-si şagird, 2-si təhlükəsizlik nümayəndəsi, 2-si müəllim olmaqla 13 nəfərin həlak olduğu deyilir. Sülahlı hücum zamanı daha 20 nəfər müxtəlif dərəcədə yaralanıb. 

Məktəbə gələn təhlükəsizlik qüvvələri şagirdləri və müəllim heyətini təxliyyə ediblər.

Hücumu törədən şəxsin intihar etdiyi bildirilir. Hazırda istintaq davam edir.

Oxunma sayı 1662
Siyasət rubrikasından digər xəbərlər