Rusiyanın xarici borcu 4 ayda 22,1 milyard dollar artdı

09:10 14.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin xarici borcu 2025-ci ilin birinci rübündə 22,1 milyard dollar artaraq aprelin 1-nə 312,4 milyard dollara çatıb.

Hafta.az-ın yazdığına görə, bu, ilin əvvəli ilə müqayisədə 7,6 faiz artım deməkdir.

"2025-ci il aprelin 1-nə Rusiyanın xarici borcu 312,4 milyard dollar hesablanıb. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 7,6 faiz artaraq 22,1 milyard dollar təşkil edib", - AMB-nin məlumatında deyilir.

Bankın təxminlərinə görə, artımın əsas səbəbi “digər sektorların öhdəliklərinin yenidən müsbət qiymətləndirilməsi” olub.