Rusiyaya "Şahed" dronları üçün hissələr daşıyan GƏMİ VURULDU

12:15 15.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ordusu Rusiyanın Həştərxan limanına İrandan "Şahed" pilotsuz uçuş aparatları üçün komplektləşdirici hissələr daşıyan gəmini vurub.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunur ki, liman Rusiya tərəfindən İrandan hərbi sursatların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. "Həyata keçirilən əməliyyatın digər nəticələri dəqiqləşdirilir", - deyə Ukrayna Silahlı Qüvvələrinin məlumatında qeyd olunur. /"Unian"/