Ruslar bankomatlara HÜCUM ETDİLƏR - İQTİSADİ BÖHRAN BAŞLADI

18:32 27.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynaya hücumlarına görə sanksiyaya məruz qaldıqdan sonra rusiyalılar bankomatlara axışaraq uzun növbələr yaradıblar.

Hafta.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları 4-cü günündə də davam edərkən, Rusiyaya sanksiya tətbiq edildikdən sonra panikaya düşən rus xalqı bankomatlara axışıb. Rusiya valyutası rublun ucuzlaşması və Rusiyanın SWIFT sistemindən çıxarılmasından sonra camaat bank filialları qarşısında uzun növbələr yaradıb. Öyrənilib ki, bankomatların sıxlığı səbəbindən bəzi bankomatlarda pul qalmadığı üçün bəzi insanlar pulunu çıxara bilmir.