Aparılan araşdırmalar göstərib ki, son 30 ildə Rusiyanın keçmiş Sovet İttifaqı ölkələri ilə dostluq münasibətləri aşağı düşüb.
Hafta.az-ın yazdığına görə, Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) araşdırmasına əsasən, keçmiş SSRİ-nin digər respublikaları ilə sıx əlaqələri olduğunu deyən Rusiya vətəndaşlarının nisbəti son 30 ildə 42 faizdən 24 faizə enib.
Buna baxmayaraq, Rusiya vətəndaşlarının 17 faizinin hələ də bu ölkələrdə qohumları yaşayır (1993-cü ildə 28 faiz idi), 9 faizinin isə dostları var (1993-cü ildə 16 faiz).
Keçmiş sovet ölkələri ilə əlaqələri olduğunu deyən sorğu iştirakçılarının 23 faizi bu ölkələrlə mövcud münasibətlərini gələcəkdə də qoruyub saxlamaq istədiklərini bildirib. Hansı ki, 30 il əvvəlki sorğuda 42 faizdən 39 faizi bu cavabı vermişdi...