Rusların Türkiyədə iş qurması çətinləşib

09:50 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə rus iş adamları üçün ən məşhur sığınacaqlardan biri olmağa davam edir.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, İstanbul 2022-ci ildə başlayan böhrandan sonra populyarlığını bir qədər itirib.

Xəbərə görə, əvvəlki il iş qurmağın nisbətən asan olduğu Türkiyə sanksiyaların sərtləşdirilməsi ilə daha çətin bazara çevrilib. Qəzet Rusiya vətəndaşlarının 2022-ci ildə qurduğu müəssisələrin sayının 2021-ci illə müqayisədə 8 dəfə artaraq 1300-ə çatdığını qeyd edir.

Xəbərə görə, Türkiyənin rus iş adamları üçün ən böyük üstünlüyü bir tərəfdən Qərbdə, digər tərəfdən də Şərqdə iş imkanı təqdim etməsidir. Bundan əlavə, Türkiyədə biznes qurmaq Birləşmiş Ərəb Əmirlikləri və Honq Konqdan 2-3 dəfə ucuzdur.

Bununla belə, qəzet yazır ki, Avropa İttifaqının 11-ci sanksiya paketi ilə vəziyyət dəyişib. Müvafiq olaraq, sahibi və ya baş direktorları Rusiya vətəndaşı olan şirkətlər üçün bank hesabı açıb Türkiyədən başqa ölkələrə pul köçürməsi xeyli çətinləşib, bəzi hallarda isə qeyri-mümkün olub.

“Kommersant”a danışan “Mr.Doors”un sahibi Maksim Valetski 50 min dollardan artıq pul köçürə bilməyəcəklərini bildirir.

Türkiyədə iş görmək istəyən rus iş adamlarının nəzərə almalı olduğu digər iki amil isə lirənin ucuzlaşması və inflyasiyadır.

Siyasət rubrikasından digər xəbərlər