Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

19:00 06.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası bürünc medal qazanıb.

Hafta.az xəbər verir ki, komandamızın aktivinə ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib.

Martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.