Sabah muzeylər pulsuz olacaq

20:52 17.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.