Sabah Qızılağac və Ağgöl milli parklarında “Açıq qapı” günü keçiriləcək

14:29 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hafta.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.

Xidmət rəsmisi bildirib ki, bu il Ümumdünya Su-Bataqlıq Əraziləri Günü “Su-bataqlıq ərazilərini bərpa etmək vaxtıdır” çağırışı ilə qeyd olunur.

“Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur və həmin potensiala görə həmin ərazilərdə qışlama və köç mövsümündə 100 minlərlə ornitofauna növləri toplanır. Daha geniş ornitoloji imkanlara malik Ağgöl və Qızılağac milli parkları 2001-ci il mayın 25-dən beynəlxalq əhəmiyyətli Su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib”, - deyə R.Allahverdiyev diqqətə çatdırıb.