Sabah Şəriəti olimpiadada medal qazana bilmədi

22:36 06.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Yunan-Roma güləşi üzrə milli komandasının üzvü Sabah Şəriəti bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında sonuncu görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, 130 kq. çəki dərəcəsində yarışan Sabah Şəriəti bu gün bürünc medal uğrunda güləşib.

O, İran İslam Respublikasını təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. Sabah Şəriəti uduzaraq (0:4) medalsız qalıb.