Sabahın hava proqnozu

12:37 13.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətin-dən hafta.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-16 isti, gündüz 23-28 isti, Bakıda gecə 14-16 isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-20 faiz olacaq.

 

Mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.