Sabir Rüstəmxanlının qardaşı azadlığa çıxdı

14:10 13.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyada azərbaycanlı mühacirlərin saxta sənədlə miqrasiya etməsi ilə bağlı saxlanılan Əlövsət Əliyev azadlığa buraxılıb.

Hafta.az xəbər verir ki, bu barədə onun oğlu Türkəl Rüstəmxanlı məlumat verib.

Qeyd edək ki, 2019-cu ildə Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəni saxlayıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də vardı.