Sabirabadda ev yanıb

20:27 17.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyndən hafta.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.