Sahilboyu əraziləri çirkləndirən 20 nəfər CƏRİMƏLƏNİB

16:26 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib.

Bu barədə Hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildiriilib ki, polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir.

Sahilboyu ərazilərdə keçirilən növbəti tədbirlər zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədidə isə 3 nəfərin məişət tullantılarını tutumlarından (urnalardan) kənar yerlərə atması müəyyən olunub və ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.