Şakiranın konsertinə hazırlıq zamanı faciə

12:29 27.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.

Hafta.az xəbərinə görə, bu barədə "Reuters" agentliyi dövlət yanğınsöndürmə xidmətinə istinadən məlumat verib.

"Ölən şəxs ayaqlarının qaldırma sistemində ilişib qalması nəticəsində ağır xəsarətlər alıb", - deyə məlumatda bildirilib.