Saleh Rüstəmli aclığı dayandırıb

15:39 16.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdəki sabiq başçısı Saleh Rüstəmlinin bir aydan çoxdur davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırdığı barədə xəbər yayılıb.

Hafta.az-ın məlumatına görə, xəbəri sosial şəbəkədə müxalif hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının üzvü Rüfət Səfəov ictimailəşdirib.

“Bunu həkim Adil Qeybulla indicə telefonda mənə söylədi. 10 dəqiqə öncə  Saleh bəyin yanından çıxıb”,-deyə R.Səfərov qeyd edib.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirir.