Şalva Papuaşvili: “Radikalların dünənki aksiyasını Avropa İttifaqı maliyyələşdirib”

10:16 30.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Səhnədən artıq ictimai şəkildə hakimiyyəti “devirmək” və “hamını cəzalandırmaq” vədinin verildiyi radikalların dünənki aksiyasını Avropa İttifaqının maliyyələşdirməsi faktına diqqət yetirməliyik”.

Hafta.az-ın yazdığına görə, bu barədə parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

“Avropa İttifaqı səfirliyinin bu cür davranışla gürcülərin gözündə təmsil etdikləri İttifaqı və ekstremizmi bir-biri ilə nəhayət birləşdirməsi narahatlıq doğurur”, - Şalva Papuaşvili sosial səhifəsində bildirib.