Samux sakinlərində narkotik aşkarlanıb

14:10 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Səbuhi Quliyev, Emin İbrahimov, Hacı Həsənov və Əfsun Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, onların üzərinə baxış keçirilən zaman marixuana, metamfetamin və tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Oxunma sayı 96