Seçkiləri Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yanlış istifadə etmək istəyən qüvvələr var - Elnur Allahverdiyev

12:35 12.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Türkiyədə müxalifət liderinin çıxışında Azərbaycanla bağlı yalnış informasiya, sarkazm, kinayə var ki, bu da bizim dostluğumuza yaraşmır. Xalqlar və dövlətlər arasında dostuğu bu formada xarkterizə etmək düzgün deyil”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünükü iclasında deputat Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkilər diqqətlə izlənir və seçkinin hansı nəticə ilə bitməsindən asılı olayaraq Azərbaycan -Türkiyə qardaşlığı, dostluğu sarsılmazdır.

Deputat bildirib ki, bu seçkiləri Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yanlış istifadə etmək istəyən qüvvələr var. Belə ki, Türkiyə müxalifətində olan deputat Azərbaycandan keçən yük maşınlardan yüksək rüsum alındığını deyərək, ölkəmizə qarşı yanlış münasibət sərgiləyib. Eyni zamanda, “ipək yolu” türk dünyasını necə birləşdirə bilər ki, Qazaxıstan və Türkmənistan kənarda qalır ironiyaları ilə əslində orada yaşayan erməniləri dəstəkləməyə, onların səsini almağa yönlənib. 

Siyasət rubrikasından digər xəbərlər