Səhiyyə Nazirliyindən əhaliyə çağırış

13:10 19.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peyvəndlərin müxtəlif ölkələrdən gətirilməsinin birinci səbəbi əhaliyə seçim imkanının verilməsidir.

 

Hafta.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

 

O bildirib ki, hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilməlidir:

 

"Vətəndaşlara müraciət edirik ki, peyvəndləmə prosesində aktiv iştirak etsinlər.

 

Qeyd edək ki, mayın 2-də Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası - 40 min doza peyvənd ölkəyə gətirilib.

 

Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin istehsal etdiyi “AstraZeneca” vaksinindən də istifadə olunur".