Şəkidə vətəndaşlardan odlu silah-sursat götürülüb

15:49 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkarlanması, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildiriblər ki, rayon sakini Aydın Quliyev ərizə ilə müraciət edərək onda müvafiq sənədləri olmayan odlu silahın olması barədə məlumat verib. O, ov tüfəngini könüllü olaraq polisə təqdim edib.

Şəhər ərazisində şübhəli bağlamanın aşkarlanması barədə polis şöbəsinə məlumat verilib. Daxil olmuş məlumatla əlaqədar əraziyə baxış keçirilib və “TOZ” markalı yivli ov tüfəngi, eləcə də 31 tapança patronu və 34 avtomat gülləsi aşkarlanaraq görülüb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.