Şenol Günəş istefaya göndərildi

16:02 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb.

 

Hafta.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.

 

Bildirilib ki, 69 yaşlı Ş.Günəşlə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

 

Məlumat üçün bildirək ki, Şenol Günəş 2019-cu ilin fevralında milli komandanın baş məşqçisi təyin olunmuşdu.

Oxunma sayı 28