SEPAH Ukraynaya qarşı müharibəyə qoşulub - PUA-LARI İRANLILAR İDARƏ EDİR

11:00 13.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
"Ruslar çox güman ki, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli iranlı hərbçiləri Rusiya hərbçilərinə "Şahed-136" pilotsuz uçan aparatlarından istifadə qaydalarını öyrətmək üçün Ukraynanın işğal olunmuş ərazilərinə göndəriblər".
 
Hafta.az-ın yazdığına görə, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu - ISW məlumat yayıb. ISW Milli Müqavimət Mərkəzi bildirib ki, ruslar Rusiya qoşunlarına hücum dronlarından istifadə üzrə təlim keçmək üçün Krımdakı Cankoy, Jeleznı limanı və Xerson vilayətinin Qladovtsı şəhərlərinə qeyri-müəyyən sayda iranlı təlimatçı gətirib. Məlumata əsasən, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki obyektlərdə “Şahed-136”nın buraxılmasına birbaşa nəzarət edirlər.
 
İnqilab Keşikçiləri Korpusunun İran pilotsuz təyyarələrinin əsas operatoru olduğu güman edilir. Ona görə də iranlı təlimatçılar SEPAH-ın əməkdaşları və ya onunla əlaqəli şəxslər ola bilər.
 
Bu arada, ISW mütəxəssisləri "Şahed-136"ların müharibənin gedişatına təsir etməyəcəyi qənaətindədirlər. Çünki ruslar bu aparatlardan Ukrayna şəhərlərində dinc insanları qətlə yetirmək üçün terror hücumunda istifadə etsələr də, artıq Ukrayna ordusu onların qarşısını almaqda çətinlik çəkmir. 
Siyasət rubrikasından digər xəbərlər