Yazını böyüt
Yazını kiçilt
Ermənistan hakimiyyəti özünə "Dağlıq Qarabağ respublikası" adını vermiş qondarma qurumu İrəvandakı "nümayəndəliyi"nin binasından qovmaq istəyir.
Hafta.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilir ki, artıq Ermənistanın Baş Prokurorluğu bununla bağlı məhkəməyə müraciət edib.
İddia ərizəsinin məhkəməyə artıq daxil olduğu bildirilir.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.