Sərnişinlər 3 saata yaxın qatarda qaldılar - London metrosunda

19:58 02.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

London metrosunun “Jubilee” xəttində qatarda nasazlıq yaranıb, nəticədə sərnişinlər üç saata yaxın vaqonlarda qalıblar.

Hafta.az BBC-yə istinadən xəbər verir ki, hadisə “Westminster” və “Waterloo” stansiyaları arasında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, vaqonlar isti və tamamilə dolu vəziyyətdə olub. Sərnişinlər daha sonra relslərlə təhlükəsiz əraziyə aparılaraq evakuasiya edilib.

Sərnişinlərin sözlərinə görə, əvvəlcə qatarın “Westminster” istiqamətində hərəkətini bərpa etməyə çalışıblar, lakin yenidən dayanıb. Daha sonra “Waterloo” istiqamətinə geri dönmək planlaşdırılsa da, qatar bu dəfə tamamilə sıradan çıxıb və elektrik kəsilib.

Hadisədən sonra “Jubilee” xəttində ciddi gecikmələr yaşanıb və “London Bridge” ilə “Green Park” stansiyaları arasında xidmət qismən dayandırılıb.

“Transport for London” (TfL) hadisəyə görə üzr istəyib.