Sexdə partlayış olub, bir nəfər ölüb

15:22 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonunda sexdə partlayış baş verib.

Binəqədi rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.