Şirvanda üç uşaq dərmandan zəhərlənib

11:42 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda üç azyaşlı zəhərlənib.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 5  yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyəti qəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən uşaqların müalicəsi davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.