Şöbə müdiri bağlanan məktəblərin taleyindən danışdı

17:39 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Məktəblərin bağlanması bizim qərarımız deyil, bu, yoluxmadan asılı məsələdir”.

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib  ki, təhsil müəssisələrində karantin rejiminin müvəqqəti qaydalarına uyğun addımlar atılır, mütəmadi monitorinqlər keçirilir:

“Qaydalar tam olaraq yerinə yetirilir. Vaksinasiya da buna görə tətbiq olunur ki, əyani tədrisə tam keçmək mümkün olsun. Karantin rejiminin qaydalarına əməl etmək, vaksinasiyadan keçmək lazımdır”.