SOCAR Xəzərdə risklərlə üzləşə bilər

11:45 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzərdə suyun səviyyəsi dəniz faunasının vəziyyətinə ciddi təsir edir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xaliq Məmmədov Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, gəmilərin daxil ola bilmədiyi dayaz sularda tədqiqat aparmaq asan deyil: "Xəzərin səviyyəsi sürətlə azalır və əgər bu tendensiya davam edərsə, SOCAR öz avadanlıqlarının texniki xidməti məsələsində risklərlə üzləşəcək".

Vitse-prezident qeyd edib ki, SOCAR-ın atmosferə zərərli tullantıların azaldılması, dekarbonizasiya üzrə strategiyaları var: "Biz bu istiqamətdə ilk addımı atan birinci iri şirkət olduq və bu sahədə layihələri reallaşdırmaqda davam edəcəyik".

Oxunma sayı 205