Son 2 ildə dövriyyədən çıxarlan narkotik vasitələrin həcmi 2 tondur - Komitə sədri

15:40 26.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bizim əsas layihələrimizdən biri də "Yaşıl dəhliz"in tətbiqi ilə bağlıdır. Bu işə fevral ayında başladıq. Bunun nəticəsidir ki, beynəxalq reytinq cədvəlində bütün bunlar Azərbaycanda aparılan işlər kimi qeyd olunur".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlər üçün təşkil edilən brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
 
O, həmçinin qeyd edib ki, son 10 ayda 800 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Onun sözlərinə görə son 2 ildə dövriyyədən çıxarlan narkotik vasitələrin həcmi 2 tondur.