Stend atıcımız Emin Cəfərov 24-cü pilləni tutub - “Tokio-2020”

14:11 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tokioda Azərbaycan idmançılarının da qatıldığı Yay Olimpiya Oyunları davam edir.

Hafta.az xəbər verir ki, kişi və qadınlar skit növü üzrə təsnifat mərhələsinin ilk günündə qüvvələrini sınayıblar.

Stend atıcılığı üzrə Azərbaycan təmsilçisi Emin Cəfərov 71 xalla 30 iştirakçı arasında 24-cü pilləni tutub. E.Cəfərov sabah davam edəcək təsnifat mərhələsində mübarizəni davam etdirəcək. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.