Su kanalının yaxınlığında meyit tapılıb

12:34 29.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində Qarabağ su kanalının yaxınlığında meyit tapılıb.

Hafta.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində tapılan meyitin Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Həsənov Ramil Ağali oğluna məxsus olduğu müəyyən edilib.

Bildirilib ki, meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma aparılır.