Sumqayıtda meyit tapılıb

09:55 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda mənzlidən meyit tapılıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər", - deyə məlumatda qeyd olunub.