Suriyada zəlzələ qurbanlarının sayı 230 nəfəri ötüb

10:58 06.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Suriyada baş verən zəlzələdə ən azı 237 nəfər ölüb, 600-dən çox adam yaralanıb. Bu barədə “Əl-İxbariyyə” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Daha əvvəl 111 nəfərin öldüyü, 516 nəfərin yaralandığı bildirilirdi.

“Hələb, Latakiya, Hama və Tartus əyalətlərində 237 nəfər ölüb, 639 nəfər yaralanıb”, - Suriya Səhiyyə Nazirliyi telekanala istinadən bildirib.

Oxunma sayı 51