Şuşada yeni binaların tikintisinə BU VAXTDAN BAŞLANILACAQ

16:54 15.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Şuşada “xruşşovka”ların hamısı sökülüb. Yeni binaların tikintisinə gələn ayın 1-dən start veriləcək.

Bu fikirləri hafta.az-a 32 il Şuşa Şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəhbəri işləmiş Zahid Abbasov deyib:

"Onlar tamam fərqli binalardır, çox gözəl, yaraşıqlı, 4-5 mərtəbəli 5 binadır ki, şəhərin bir hissəsində tikiləcək. Binalar şəhərin qədim hissəsində yox, yuxarı hissəsində tikiləcək. Qədim hissəsinə hələlik toxunulmur".