Tapança satmaq istəyən şəxs yaxalandı

12:34 17.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda odlu silah satmaq istəyən şəxs yaxalanıb.

Hafta.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən Vüsal Əzimovu saxlayıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.