Təhsil naziri sosial şəbəkədə sorğu keçirir

17:29 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir".

Hafta.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib:

"Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənməyi faydalı hesab edirəm. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm".

Linki təqdim edirik: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSfuHX2DsRpsBB71UtMSNoVtKBJNyaRJ5FrZCH_SdrXoW2mZUw/viewform?fbclid=IwAR3GwJ99hSZpGYHeiZ0YS2tomFAf7MmtP7cqXfP7ko2_fQ76OTlqvYKBfp0