Təhsil Şöbəsinin karantin qaydalarını pozan müdirinə töhmət verilib

15:38 01.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib. 

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

Sosial rubrikasından digər xəbərlər