Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzində aktyor sənəti ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Bişkekdə keçirilən “Yeni adlar” XI Beynəlxalq Tələbə Teatr Festivalında iştirak ediblər. Onların ifasında avstriyalı dramaturq Yura Soyferin pyesi əsasında təqdim olunan “Vineta və ya Sulara qərq olunmuş şəhər" tamaşası üç kateqoriyada mükafatlandırılıb.
Hafta.az xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistan və Qazaxıstanın incəsənət məktəblərinin teatr fakültələrinin tələbələri iştirak ediblər.
Azərbaycandan olan yaradıcı heyətin hazırladığı tamaşa festivalda üçüncü yeri tutub. Bundan başqa, Mikayıl Mikayılov “Ən yaxşı aktyor” nominasiyasında qalib olub. Rahib Allahquliyev də “dənizçi Conni” roluna görə mükafat alıb.