Tələbənin başını kəsib sinəsinə qoydu - YATAQXANADA DƏHŞƏTLİ QƏTL

18:48 07.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Antalyada özəl tələbə yataqxanasında aşpaz işləyən İhsan Güney (38) yataqxananın yeməkxanasında universitet tələbəsi Mehmet Sami Tuğrulun (18) başını kəsərək iplə sinəsinə bağlayıb.

Hafta.az türk mediasına istinadla xəbər verir ki, hadisə yerli saatla saat 14.30 radələrində Antalya Elm və Mədəniyyət Dərnəyinin (Alimlər Dərnəyi) Kəpəz Mahallesi Kültür Məhəlləsi Hürriyyət küçəsində yerləşən 4 mərtəbəli tələbə yataqxanasının yeməkxanasında baş verib. Yataqxananın aşpazı İhsan Güney naməlum səbəbdən Akdeniz Universitetinin Kompüter mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi Mehmet Sami Tuğrulun başını balta ilə kəsib. Güney kəsilmiş başı Tuğrulun sinəsinə qoyub "Dəccalı vurdum" deyə qışqırıb.

Hadisəni görən tələbələrdən biri bufetin qapısını bağlayıb kilidlədikdən sonra polisə müraciət edib. Xəbərdarlıq üzərinə tələbə yataqxanasına gələn polis İhsan Güneyi saxlayıb. Qısa müddət əvvəl yataqxanada aşpaz işləməyə başladığı öyrənilən İhsan Güney Antalya Polis İdarəsi Cinayət Bürosunun Asayiş Şöbəsinə aparılıb. Hadisə yerində polis araşdırmalarını davam etdirir. Mehmet Sami Tuğrulun özünəməxsus şəkildə sakit bir tələbə olduğu qeyd edilib.

Oxunma sayı 2397