Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Peşə təhsilinə dəstək olaq” aztəminatlı gənclər üçün peşə təlimlərinin təşkili və saytın yaradılması layihəsi çərçivəsində növbəti tədbirini 7 noyabr saat 12.00-15.00 dək Binəqədi "Gənclər Evində" təşkil edib.
Layihənin başlıca məqsədi gənclərə peşə yönümlü sənət öyrətməklə maarifləndirici sosial dəstək vermək, onların gələcək karyerası üçün bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə yardımçı olmaq, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi üçün kadrların hazırlanması işinə töhfə verməkdir.
Binəqədi Gənclər evində keçirilən tədbirdə Bakı şəhəri üzrə 30 nəfər gənc iştirak edib.
Tədbiri açan İctimai Birliyin sədri Xoşbəxt Seyidova iştirakçılara İctimai Birlik haqqında məlumat verdi. Tədbirin qonaqları Binəqədi Rayon Gənclər və İdman İdarısinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Məşgulluq İdarəsinin Peşə hazırlığı və sosial sektorunun baş məsləhətçisi Aysel Ağayeva idi. Qonaqlar məşgulluq,dövlət proqramları və gənclər siyasəti haqqında ətraflı məruzələr edib, gəncləri məlumatlandırıblar. Tədbirin 2-ci hissəsini tanınmış təlimçı Asəf Kərimov davam etdirib. 30 nəfər gənc nəslin nümayəndələri bərbərlik, dərzilik və kompyuter dizaynı peşələri haqqında təlim zamanı geniş məlumat əldə ediblər. Təlimin sonunda İştirakçılara sertifikatlar təqdim olunub.