Yazını böyüt
Yazını kiçilt
Bu gün onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.
Hafta.az-ın məlumatına görə, şahmatşımız Teymur Rəcəbov yarışın qalibi olub.
O, finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də lazımı nəticəni qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb.
Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.