Təyyarə kollecin damına çırpılıb - Ölən və çox yaralanan var

15:28 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədəki kollec ərazisində qəzaya uğraması nəticəsində azı 28 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə "Prothom Alo" portalı məlumat verib.

"Yaralılar bir-bir Dəkkə Tibb Kollecinin Milli Yanıq və Plastik Cərrahiyyə İnstitutuna aparılıblar. Saat 15:30-a (Bakı vaxtı ilə 13:30) olan məlumata görə, ora 28 nəfər daxil olub", - deyə məlumatda bildirilib.

Xəstəxana nümayəndələrinin sözlərinə görə, yaralananların əksəriyyəti tələbələrdir.