Tokio-2020: Hacı Əliyev finalda

13:30 06.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kiloqram çəki dərəcəsində yarımfinalda hindistanlı güləşçi Bacranq Bacranqla qarşılaşıb.

Hafta.az-ın məlumatına görə, güləşçimiz rəqibinə 12:5 hesabı ilə qalib gələrək finala çıxıb.

H.Əliyev finalda yaponiyalı güləşçi Takuto Otoquro ilə qarşılaşacaq.

Final oyunu sabah günorta saatlarında baş tutacaq.